Menyu

Tramp: Maduro və onun həyat yoldaşı ABŞ ədaləti qarşısında cavab verəcək

Operativ Media
Tramp: Maduro və onun həyat yoldaşı ABŞ ədaləti qarşısında cavab verəcək

ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayan hərbi əməliyyat keçirib.

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bu gün keçirilən mətbuat konfransında deyib.

Prezident bu addımı ədalətin bərpası kimi dəyərləndirib.

Onun sözlərinə görə, “Gecəyarısı çəkici” adlanan əməliyyat ideal şəkildə icra olunub və əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduronu sübh saatlarında ələ keçirmək mümkün olub.

Tramp həmçinin qeyd edib ki, Maduro və onun həyat yoldaşı ABŞ ədaləti qarşısında cavab verəcək.

ABŞ lideri Maduronu və onun həyat yoldaşını ABŞ vətəndaşlarına qarşı “narkoterrorizm”də ittiham etdiyini də bəyan edib.

Əlaqəli Xəbərlər