Zelenski energetika naziri postuna yeni namizəd təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski baş nazirin birinci müavini və energetika naziri postlarına sabiq baş nazir, müdafiə naziri Denis Şmıqalın namizədliyini təklif edib.
Operativ Media xəbər verir ki, bununla bağlı Ukrayna dövlət başçısı öz "Telegram" kanalında məlumat yayıb.
"Biz Denis Şmıqalla görüşdük. Müdafiə naziri kimi sistemli işinə və dövlətin müdafiəsini təmin etmək üçün gücləndirilmiş proseslərə görə ona təşəkkür edirik. Ukraynanın enerji sektoru üçün hazırda məhz bu cür sistemli yanaşmaya ehtiyac var" - deyə, V.Zelenski qeyd edib.
O bildirib ki, Rusiyanın hər zərbəsindən sonra dağıntıları tez bir zamanda bərpa etmək və ölkənin ehtiyaclarını ödəmək üçün Ukraynanın enerji sektorunun inkişafı vacibdir:
"Biz baş nazir Yuliya Svırıdenko ilə məsləhətləşmələr apardıq və mən baş nazirin birinci müavini və energetika naziri postuna Denis Şmıxalın namizədliyinin parlament tərəfindən dəstəkləyəcəyinə ümid edirəm".
O həmçinin kadr islahatlarının davam edəcəyini bildirib.
Xatırladaq ki, V.Zelenski yanvarın 2-də prezident Kirilo Budanovu Prezident Ofisinin rəhbəri təyin edib.