Makron: Venesuela cəmiyyəti yalnız bayram edə bilər
Operativ Media
Fransa Prezidenti Emanuel Makron Venesuelada baş verən son hadisələrə münasibət bildirib.
Operativ Media xəbər verir ki, o, Venesuela xalqının artıq Nikolas Maduronun diktaturasından azad olduğunu qeyd edib.
Makronun sözlərinə görə, Venesuela cəmiyyəti yalnız bayram edə bilər:
“Venesuela xalqı artıq Nikolas Maduronun diktaturasından azaddır və yalnız bayram edə bilər”.
Fransa lideri həmçinin bildirib ki, Maduro hakimiyyəti ələ keçirməklə və fundamental azadlıqları tapdalamaqla öz xalqının ləyaqətinə ciddi şəkildə zərbə vurub:
“Nikolas Maduro hakimiyyəti ələ keçirməklə və fundamental azadlıqları tapdalamaqla öz xalqının ləyaqətini ciddi şəkildə təhqir edib”.
Makron beynəlxalq ictimaiyyəti Venesuela xalqının yanında olmağa çağırıb.