Menyu

Markveyn Mallin: Azərbaycan nümayəndələri ilə görüşlər əlaqələrimizin genişləndirilməsində səmərəlidir

Operativ Media
Markveyn Mallin: Azərbaycan nümayəndələri ilə görüşlər əlaqələrimizin genişləndirilməsində səmərəlidir
1 dəq oxu

ABŞ ilə Azərbaycan nümayəndələri arasında görüşlər əlaqələrin genişləndirilməsində səmərəlidir.

Operativ Media xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Mallin yanvarın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə deyib.

M.Mallin qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsində səmərəli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, yeni imkanları və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər