10 Mart 2023, 19:51
Aİ Azərbaycanın ölüm hökmünü qadağan edən protokolu imzalamasını təqdir edib
Aİ Azərbaycanın ölüm hökmünü qadağan edən protokolu imzalamasını təqdir edib şəkil
Aİ Azərbaycanın ölüm hökmünü qadağan edən protokolu imzalamasını təqdir edib

Avropa İttifaqı Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının bütün hallarda ölüm hökmünü qadağan edən protokolunu imzalamasını təqdir edib.

"Operativ Media"  xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano bildirib.

Onun sözlərinə görə, artıq Avropa Şurasının 46 üzvünün hamısı bu konvensiyanı imzalayıb.

"Prinsip etibarı ilə Avropa İttifaqı hər zaman və bütün hallarda qəti və birmənalı şəkildə ölüm hökmünün əleyhinədir. Bu, qəddar və qeyri-insani cəzadır, insan ləyaqətinin və bütövlüyünün inkarını təmsil edir və cinayətə qarşı çəkindirici rol oynamır. Bu, eyni zamanda potensial ədalət səhvlərini düzəltməyə imkan verməyən qəti cəzadır.

Azərbaycanın imzası ilə vurğulandığı kimi, dünyada ölüm cəzasının ləğvi tendensiyası mövcuddur və Aİ hələ də onu tətbiq edən bir neçə ölkədə ölüm hökmünün ləğvi üçün fəaliyyətini davam etdirəcək", - Peter Stano vurğulayıb.

Son xəbərlər
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı
İsrail Beyrutu bombalayıb
Pezeşkian: Azərbaycan və İran arasında əlaqələr möhkəmləndikcə, xalqların rifahı artacaq