Menyu

Zelenski: Rusiya ölkəmizə zərbələr endirməyə davam edir

Operativ Media
Zelenski: Rusiya ölkəmizə zərbələr endirməyə davam edir

Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqların nəticələri barədə məlumat verib.

Operativ Media xəbər verir ki, o, bu barədə öz Telegram kanalında yazıb.

Zelenskinin sözlərinə görə, Fransa Prezidenti ilə görüşü zamanı Ukraynanın Rusiyanın hücumlarına qarşı durmaq üçün real imkanları, müdafiənin gücləndirilməsi məsələləri və diplomatik sahədə Kiyevin mövqeyini gücləndirə biləcək dəstək müzakirə olunub.

"Diplomatiya və real yardım bir-birini müşayiət etməlidir. Rusiya ölkəmizə zərbələr endirməyə davam edir və indi biz hava hücumundan müdafiəni gücləndirməliyik. Məhz buna görə hər görüş konkret nəticə verməlidir - hava hücumundan müdafiə ilə bağlı yeni qərarlar, yeni yardım paketləri, səmanın müdafiəsi üçün yeni imkanlar", - o qeyd edib.

V. Zelenski vurğulayıb ki, tərəflər həmçinin gələcək diplomatik addımları ətraflı müzakirə ediblər.

O, əlavə edib ki, dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, nazirlər və səfirlərin iştirakı ilə "İstəklilər koalisiyası"nın Parisdə keçirilən görüşü çərçivəsində mühüm siyasi qərarlar hazırlanır.

Əlaqəli Xəbərlər