Rusiya Venesuelanı dəstəkləməyə hazırdır
Operativ Media
Rusiya Venesuelada Delsi Rodrigezin andiçməsini alqışlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat xidməti məlumat yayıb.
Rusiya XİN Venesuelaya dəstəyin davam etdirilməsinə hazır olduğunu bəyan edib.
Həmçinin respublikanın taleyini heç bir dağıdıcı xarici müdaxilə olmadan müstəqil şəkildə müəyyən etməsi üçün şəraitin təmin edilməsinin vacibli vurğulanıb və dialoqa çağırış edilib.
Açıqlamada həmçinin qeyd olunub ki, Latın Amerikası və Karib hövzəsi sülh zonası olaraq qalmalıdır və region ölkələrinin suveren inkişafına zəmanət verilməlidir.