Menyu

Zelenski, Makron və Starmer Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə razılığa gəlib - YENİLƏNİB

Operativ Media
Zelenski, Makron və Starmer Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə razılığa gəlib - YENİLƏNİB

Ukrayna, Fransa və Böyük Britaniya Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi haqqında bəyannamə imzalayıblar.

Operativ Media xəbər verir ki, sənəd Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski və Emmanuel Makron, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən imzalanıb.

Məlumata görə, sənəd Ukraynada mümkün təhlükəsizlik mexanizmləri çərçivəsində beynəlxalq qüvvələrin yerləşdirilməsi perspektivlərinə dair siyasi niyyəti əks etdirir.

19:15

Yelisey Sarayında “İstəklilər Koalisiyası”nın görüşü başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi və ABŞ nümayəndələri ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, “İstəklilər Koalisiya”sının iclasında iştirak edəcək ölkələrin liderləri üzərlərinə beş əsas bənddən ibarət öhdəliklər götürəcəkləri barədə məlumat yayılıb.

Bura dəstək üçün Ukraynada çoxmillətli hərbi qüvvələrin yerləşdirilməsi də daxildir.

İclasda müzakirə ediləcək əsas məsələlər atəşkəsin təmin edilməsi və onun monitorinqi, Ukrayna Silahlı Qüvvələrinə dəstəyin davam etdirilməsi, çoxmillətli qüvvələrin yerləşdirilmə formatı, Rusiyanın yeni təcavüzü zamanı müttəfiqlərin öhdəlikləri və uzunmüddətli müdafiə əməkdaşlığı olacaq.

Əlaqəli Xəbərlər