Menyu

ABŞ-nin NATO-dakı səfiri: Münaqişənin yekunlaşması artıq qapıdadır

Əsəd Abbaslı
ABŞ-nin NATO-dakı səfiri: Münaqişənin yekunlaşması artıq qapıdadır

Rusiya-Ukrayna münaqişəsinin yekunlaşması artıq qapıdadır.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Fox News-ə verdiyi müsahibədə bildirib.

O vurğulayıb ki, gözlənilən əsas addım təxminən 50 müttəfiq ölkədən ibarət “İstəklilər Koalisiyası”nın Ukrayna üçün təhlükəsizlik çərçivələrini razılaşdırmasıdır. Bu ölkələrin bir çoxu NATO üzvüdür.

Uitaker həmçinin ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduroya qarşı əməliyyatını şərh edib.

O, bu addımı sanksiya və qarşısının alınması strategiyasının bir hissəsi kimi qiymətləndirib və bunun ABŞ-yə qarşı çıxan ölkələrə ciddi mesaj göndərdiyini qeyd edib.

Əlaqəli Xəbərlər