Donald Tusk: Ukrayna ilə bağlı bəyannamədə müttəfiqlərin öhdəlikləri yoxdur
Operativ Media
"Könüllülər koalisiyası"nın liderləri Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı Paris Bəyannaməsini qəbul etdilər, lakin müttəfiq ölkələr üçün konkret öhdəliklər müəyyən etmədilər.
Operativ Media xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Avropa liderlərinin Parisdəki görüşündən sonra keçirilən mətbuat konfransında bildirib .
Tusk bildirib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri vermək üçün Paris Bəyannaməsi qəbul edilib: "Hər bir ölkənin konkret zəmanətləri ilə bağlı razılaşmalar hələlik layihə variantındadır. ABŞ-nin layihədə iştirakı aydınlaşacaq. Ortaq mövqe yanvar ayının sonuna qədər hazır olacaq.