Menyu

Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur

Operativ Media
Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılacaq.

Bu barədə Operativ Media-ya Azərbaycanın Suriyadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrinin inkişaf etdirilməsi və işgüzar əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.

Bu çərçivədə Suriya bazarı ilə əməkdaşlıqda maraqlı olan, ticarət, investisiya, IT, tikinti, istehsal, sənaye, xidmət və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya müraciət edə bilərlər.

Əlaqəli Xəbərlər