Menyu

Vərəm xəstəliyindən əziyyət çəkən şəxslər üçün ilk dəfə Hemodializ kabineti yaradılıb

Operativ Media
Vərəm xəstəliyindən əziyyət çəkən şəxslər üçün ilk dəfə Hemodializ kabineti yaradılıb

Ağciyər Xəstəlikləri Mərkəzinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq Mərkəzin nəzdində fəaliyyət göstərən Abşeron Regional Xəstəxanasında vərəm xəstəliyindən və eyni zamanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslər üçün dializ müalicəsi təşkil olunub. Artıq ilk pasiyent Hemodializ müalicəsinə cəlb edilib.

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Hemodializ kabinetində 1 ədəd müasir tipli Almaniya istehsalı olan “Fresenius Medical Care” hemodializ aparatı quraşdırılıb. Kabinetdə pasiyentlərin rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Hemodializ kabineti lazım olan tibbi avadanlıqlarla tam təmin edilib.

Tibb müəssisəsində ixtisaslı xidmətin təşkili üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasından 1 həkim-mütəxəssis, 1 ixtisaslaşmış tibb bacısı və 1 texnik prosesə cəlb olunur.

Sözügedən xidmətin təşkilində əsas məqsəd vərəm xəstəliyindən əziyyət çəkən pasiyentlərin digər dializ alan pasiyentlərlə təmasını aradan qaldırmaq, rahat şəkildə, vərəm xəstəliyinin müalicəsi ilə paralel olaraq hemodializ prosesinə cəlb olunmasıdır.

Görülən tədbirlər Ağciyər Xəstəlikləri Mərkəzinin pasiyentlərə təhlükəsiz, fasiləsiz və keyfiyyətli tibbi xidmət göstərilməsi istiqamətində atdığı mühüm addımlardan biridir. Gələcəkdə bu xidmətin digər Şəmkir və Qobustan regional xəstəxanalarında da təşkil edilməsi nəzərdə tutulub.

Əlaqəli Xəbərlər