Menyu

XRİTDX: Dekabrda 20 milyona yaxın zərərli keçid blok edilib

Operativ Media
XRİTDX: Dekabrda 20 milyona yaxın zərərli keçid blok edilib

Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən 2025-ci ilin dekabr ayı üzrə 99 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanmışdır. Bu kibertəhdidlərin 89-u daxili araşdırma, 10-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

XRİTDX-dən Operativ Media-ya verilən məlumata görə, bundan əlavə 2025-ci ilin dekabr ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 19.168.168 zərərli keçid, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 4.191 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq bloklanmışdır. Bununla yanaşı son istifadəçilərdə quraşdırılan təhlükəsizlik həlləri (mərkəzləşdirilmiş antivirus sistemi) vasitəsilə 390.859 sayda zərərli fəaliyyətin qarşısı alınıb.

Eləcə də, ötən ilin son üç ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 5.428.089 elektron poçt emal edilmişdir ki, onlardan 3.212 688-i istifadəçilərə çatdırılmış, 2 .215.401-i zərərli tərkibli olması müəyyənləşdirilməklə blok edilib.


Əlaqəli Xəbərlər