Menyu

Türkiyəli ekspert: İlham Əliyevin Qəzza ilə bağlı açıqlaması strateji xarici siyasət mesajıdır

Ayşən Sadıxzadə
Türkiyəli ekspert: İlham Əliyevin Qəzza ilə bağlı açıqlaması strateji xarici siyasət mesajıdır

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qəzzaya hərbçi göndərməyəcəyinə dair açıqlaması yalnız hərbi bir qərar deyil, eyni zamanda açıq və aydın xarici siyasət mesajıdır”.

Bu sözləri Operativ Media-ya açıqlamasında türkiyəli professor, keçmiş millət vəkili Mustafa Ilıcalı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın duyğusal reflekslərlə deyil, dövlət və strateji məntiq əsasında hərəkət etdiyini vurğulayır:

“Qəzza kimi son dərəcə həssas və çoxsaylı aktorların iştirakı ilə mürəkkəb bir krizis bölgəsində, vəzifəsi və hüquqi əsası aydın olmayan hərbi əməliyyatlarda yer almaq istəmir.

Bu açıqlama isə Qəzzada baş verən insan faciəsini görməməzlikdən gəlmək mənasına gəlmir. Əksinə, Bakı rəhbərliyi bu məsələdə hərbi deyil, diplomatik və humanitar dəstək strategiyasını üstün tutduğunu açıq şəkildə göstərir.

Qısaca desək, bu açıqlama Azərbaycanın Qəzza məsələsində mövqeyini aydın şəkildə müəyyənləşdirir. Burada emosiyalara deyil, strateji və diplomatik prinsiplərə əsaslanan bir yanaşma mövcuddur.

Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Tarixi və yaxın əlaqələr göstərir ki, hər hansı çətinlik zamanı iki ölkə hər zaman bir-birinin yanında olub və bundan sonra da olacaq.

Gələcəkdə də Azərbaycan Qəzza və Fələstin bölgəsində məcburiyyət altında qalmış vətəndaşların yanında olacaq, daimi sülhün təmin olunmasına yardım edəcək və bunun üçün lazımi təşəbbüsləri həyata keçirəcək".

Əlaqəli Xəbərlər