Tramp Senatın qətnaməsinə qarşı çıxıb
ABŞ Prezidenti Donald Tramp Konqresin razılığı olmadan Venesuelaya qarşı hərbi güc tətbiq edilməməsini nəzərdə tutan qanunvericilik təşəbbüsünü Konstitusiyaya zidd adlandırıb.
Operativ Media xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" platformasında paylaşım edib.
O bildirib ki, səsvermə ABŞ-nin özünümüdafiə və milli təhlükəsizliyini ciddi şəkildə zəiflədir, eyni zamanda prezidentin ali baş komandan kimi fəaliyyətinə maneələr yaradır.
Onun sözlərinə görə, sözügedən qətnamə Konstitusiyanın ikinci maddəsini pozur və dövlət başçısının səlahiyyətlərinə ziddir.
Qeyd edək ki, ABŞ Senatı 8 yanvar tarixində səsvermə keçirərək prezident Donald Trampın Venesuelaya qarşı hərbi əməliyyatlarda Konqresin təsdiqi olmadan Silahlı Qüvvələri istifadə etməsini qadağan edən qətnaməni qəbul edib.
Səsvermədə 52 senator lehinə, 47 senator isə əleyhinə səs verib.