Uitkoff Rusiya tərəfinə Ukrayna ilə razılaşdırılmış sülh planını təqdim edib
Operativ Media
Rusiyanın xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya birbaşa investisiya fondunun rəhbəri Kirill Dmitriyev Parisdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni, iş adamı Cared Kuşner ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Portalın mənbələrinə görə, görüş Uitkoffla Kuşnerin Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə iki günlük danışıqlardan sonra baş tutub və Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün mümkün yol müzakirə olunub.
Qeyd olunur ki, ABŞ Rusiya rəhbərliyindən sülh planına konkret aydın cavab gözləyir.