Macarıstanın Varşavadakı səfiri XİN-ə çağırılıb
Operativ Media
Macarıstanın iki Polşa vətəndaşına sığınacaq verməsi ilə əlaqədar bu ölkənin Varşavadakı səfiri İştvan İydarto Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı cümə günü Matsey Vevior açıqlayıb.
"VSquare" xəbər saytının ötən gün xəbər vermişdi ki, Macarıstanın nümayəndə heyəti Brüsseldə digər ölkələrin təmsilçilərinə Polşanın iki vətəndaşına sığınacaq verildiyinə dair məktub göndərib.
Polşa mətbuatında dərc olunan həmin məktubda Macarıstanın sığınacaq verdiyi şəxslərin adları və bu addımın səbəbləri qeyd olunmayıb.
M.Vevior bəyan edib ki, Varşava bu addıma görə Macarıstan səfirinə etirazını bildirəcək.
Polşa hakimiyyətinin bu qərara belə kəskin reaksiya verməsinin səbəbi göstərilməyib.