ABŞ Venesuelada səfirliyini açmaq istəyir
Operativ Media
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Karakasdakı ABŞ səfirliyinin yenidən açılması perspektivlərini qiymətləndirmək üçün Venesuelaya gəlib.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Nümayəndə heyətinə amerikalı diplomatlar, eləcə də ABŞ-nin Kolumbiyadakı səfiri vəzifəsini icra edən Con MakNamara daxildir.
Televiziya kanalının məlumatına görə, amerikalı rəsmilər diplomatik missiyaların fəaliyyətinin mərhələli şəkildə bərpasının mümkünlüyünü ilkin qiymətləndirmək üçün Karakasa gəliblər.
Yanvarın 9-da ABŞ Dövlət Departamentinin təyyarəsi Venesuelaya eniş edib.