Menyu

ABŞ Dövlət Katibi NATO-nun baş katibi ilə Ukrayna və Arktikanı müzakirə edib

Operativ Media
ABŞ Dövlət Katibi NATO-nun baş katibi ilə Ukrayna və Arktikanı müzakirə edib

ABŞ Dövlət Katibi Marko Rubio NATO-nun baş katibi Mark Rutte ilə Ukrayna və Arktikanı müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir.

"İki lider Rusiya və Ukrayna arasındakı müharibəni danışıqlar yolu ilə bitirmək üçün ABŞ-ın davam edən səylərini müzakirə ediblər. Bundan başqa onlar Arktikanın təhlükəsizliyinin bütün NATO-ya üzv ölkələr üçün əhəmiyyətini də müzakirə ediblər", - açıqlamada deyilir.

Qeyd edək ki, Rubio gələn həftə Qrenlandiya məsələsini müzakirə etmək üçün Danimarka nümayəndələri ilə görüşməyi planlaşdırdığını açıqlayıb.

Əlaqəli Xəbərlər