Hakan Fidan: Türkiyə Qəzzada üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır
Operativ Media
Amerika Birləşmiş Ştatlarının İsraildən tələbləri arasında Türkiyənin Qəzzaya sülhməramlı göndərməsi də yer alır.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib.
Nazir Türkiyənin bu mövzuda siyasi iradə nümayiş etdirdiyini bildirib.
“Qəzza sülh planının həyata keçirilməsi üçün Türkiyə üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır. BMT Təhlükəsizlik Şurasının qərarlarına görə, bəzi məsələlərdə qonşu iki ölkə, Misir və İsrail ilə koordinasiya tələb olunur. Eyni zamanda, ABŞ da Türkiyənin oradakı roluna dair müəyyən anlayışa və tələblərə malikdir”, - Hakan Fidan əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net