Menyu

“Türk Dünyası Uşaq Oyunları Festival”ı keçiriləcək

Şəfa Hüseynli
“Türk Dünyası Uşaq Oyunları Festival”ı keçiriləcək

Türkiyə Təhsil Nazirliyi uşaqların çoxşaxəli inkişafını dəstəkləmək, mədəni irsi qorumaq və türk dünyası ölkələri arasında mədəni əlaqələri gücləndirmək məqsədi daşıyan "Türk Dünyası Uşaq Oyunları Festivalı"nın 28-30 aprel tarixlərində İstanbulda keçiriləcəyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə tərəfindən təşkil edilən festivalda türk dünyasına mənsub ölkələrdən uşaqlar, müəllimlər və təhsil rəhbərləri iştirak edəcək.

Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstandan iştirakçılar iştirak edəcək.

Eyni zamanda, hər bir ölkə öz mədəniyyətinə aid uşaq oyunlarını, oyuncaqlarını və geyimlərini nümayiş etdirmək imkanı əldə edəcək.

Festivala hazırlıqlar zamanı uşaq oyunları üzrə təlim sessiyaları təşkil olunacaq.

Yanvar-mart ayları arasında keçirilməsi planlaşdırılan bu təlimlər həm türk uşaq oyunlarının, həm də iştirakçı ölkələrə xas oyunların qarşılıqlı tədrisini əhatə edəcək. 

Əlaqəli Xəbərlər