Menyu

Pakistan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb

Operativ Media
Pakistan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb

Pakistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İran İslam Respublikasına səfər etməkdən çəkinməyə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında məlumat verilib.

Pakistan təhlükəsizlik səbəbindən İran İslam Respublikasına bütün vacib olmayan səfərlərdən çəkinməyi tövsiyə edir.

Hazırda İranda olan Pakistan vətəndaşlarına son dərəcə ehtiyatlı olmaq, səfərləri minimuma endirmək və ölkənin diplomatik nümayəndəlikləri ilə müntəzəm əlaqə saxlamaq məsləhət görülür.

Xatırladaq ki, İranda iki həftədir ki, mövcud siyasi rəhbərliyə qarşı kütləvi etirazlar davam edir.

Əlaqəli Xəbərlər