Malayziya və İndoneziya cinsi “deepfake” təhlükəsinə görə “Grok”u bloklayıb
Operativ Media
Malayziya və İndoneziya amerikalı milyarder İlon Mask tərəfindən yaradılan süni intellekt çatbotu "Grok”a cinsi məzmunlu deepfake görüntülər yaratmaq imkanına görə girişin qarşısını alıb.
Məlumata əsasən, Malayziya və İndoneziya dünyada “Grok”u qadağan edən ilk ölkələrdir.
“X” sosial şəbəkəsinə inteqrasiya olunmuş “Grok” istifadəçilərə şəkillər yaratmaq imkanı verir. Lakin son həftələrdə bu funksiyadan real şəxslərin görüntülərini redaktə edərək onları ədəbsiz formada təqdim etmək məqsədilə sui-istifadə halları müşahidə olunub. Cənub-Şərqi Asiya ölkələri bildiriblər ki, “Grok” qadın və uşaqların iştirakı ilə pornoqrafik şəkillər yaratmaq üçün istifadə edilə bilər və bu, ciddi təhlükə yaradır.