Menyu

Türkiyədə genişmiqyaslı hazırlıq işləri aparılır

Operativ Media
Türkiyədə genişmiqyaslı hazırlıq işləri aparılır

Türkiyə bölgədəki hadisələrə qarşı yüksək səviyyədə hazırlıq tədbirləri görüb.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik İran və digər qonşu ölkələrdə cərəyan edən hadisələrlə bağlı açıqlamasında deyib.

Ömer Çelik bildirib ki, bölgədə son dərəcə dinamik proseslər baş verir və Türkiyə bütün qonşu ölkələr, eləcə də yaxın coğrafiyada gedən proseslərlə bağlı hazırlıq səviyyəsini maksimum həddə çatdırıb.

Onun sözlərinə görə, əvvəllər həftələr və aylar ərzində baş verən proseslər bəzən artıq saatlar içində reallaşır.

“İran, Suriya və İraq sərhədlərindən tutmuş Qara dəniz və Şərqi Aralıq dənizindəki hadisələrə qədər bütün məsələləri çoxşaxəli şəkildə dəyərləndiririk. Təhlükəsizlik baxımından Türkiyə Silahlı Qüvvələri, diplomatiya və kəşfiyyat sahələrində, eyni zamanda, mümkün iqtisadi təsirlər nəzərə alınmaqla genişmiqyaslı hazırlıq işləri aparılır”, - AKP sözçüsü vurğulayıb.

Əlaqəli Xəbərlər