Menyu

ABŞ “Müsəlman qardaşları”nın bəzi regional qollarını terrorçu elan edib

Operativ Media
ABŞ “Müsəlman qardaşları”nın bəzi regional qollarını terrorçu elan edib

ABŞ hökuməti “Müsəlman qardaşları” təşkilatının bəzi regional qollarına qarşı rəsmi tədbirlər həyata keçirib.

Operativ Media xəbər verir ki, Prezident Donald Trampın imzaladığı 14362 saylı icra sərəncamına əsasən, məqsəd qrupun təhlükə yaradan fəaliyyətlərinin qarşısını almaqdır.

Məlumata görə, Livan Müsəlman Qardaşları ABŞ tərəfindən xarici terror təşkilatı və qlobal terrorçu qurum (SDGT) kimi tanınıb, qrupun lideri Məhəmməd Fövzi Taqqoş isə terrorçu siyahısına salınıb.

Misir və İordaniya Müsəlman Qardaşları isə HƏMAS-a maddi dəstək verdiklərinə görə sanksiyaya məruz qalıb.

ABŞ bildirir ki, bu addımlar yalnız başlanğıcdır və gələcəkdə də "Müsəlman Qardaşlarının" zorakılıq və sabitliyi pozan fəaliyyətlərinə qarşı davamlı tədbirlər görüləcək.

Məqsəd qrupların maliyyə və resurs imkanlarını məhdudlaşdırmaq, terrorizmi dəstəkləmələrinin qarşısını almaqdır.

Əlaqəli Xəbərlər