Menyu

ANAMA ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq təşəbbüsləri müzakirə edilib

Operativ Media
ANAMA ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq təşəbbüsləri müzakirə edilib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti ilə görüş keçirib.

ANAMA-dan Operativ Media-ya verilən məlumata görə, görüşdə qonaqlara ölkəmizin üzləşdiyi mina problemi və həmin problemin aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər barədə geniş təqdimat edilib.

Görüş zamanı Avropa İttifaqının ölkəmizdə icra edilən mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstəyi, yeni əməkdaşlıq təşəbbüsləri, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç də iştirak edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər