Menyu

"Azərbaycan-Türkiyə əlaqələri Qafqazda davamlı sülhün qarantıdır" - Türk politoloq

Ayşən Sadıxzadə
"Azərbaycan-Türkiyə əlaqələri Qafqazda davamlı sülhün qarantıdır" - Türk politoloq
Bu gün Türkiyə və Azərbaycan arasında diplomatik münasibətlərin yenidən qurulmasının 34-cü ildönümüdür. Bu münasibətlər yalnız diplomatik uğur kimi deyil, həm də Türk dünyasının geosiyasi yüksəlişi kimi qiymətləndirilir.

Türkiyəli politoloq Hakan Aktürk Operativ Media-ya açıqlamasında bildirib ki, 14 yanvar 1992-ci il tarixində atılmış tarixi addım “Bir Millət, İki Dövlət” prinsipini Avrasiya mərkəzində möhkəm strateji həqiqətə çevirib.
O qeyd edib ki, son 34 ildə Azərbaycan və Türkiyə regional tarazlığı yenidən formalaşdırıb, Şuşa Bəyannaməsi ilə hərbi-siyasi müttəfiqlik ən yüksək səviyyəyə çatdırıb. Həmçinin, BTC və TANAP layihələri vasitəsilə Xəzərin geo-iqtisadi potensialı qlobal bazarlara yönəldilmiş, 44 günlük Qarabağ Zəfəri isə bu strateji əməkdaşlığın sahədə hərbi doktrin kimi təsdiqləndiyi dönəm olub.

Aktürk gələcəkdə Türk dünyasının iqtisadi yüksəlişinə diqqət çəkərək, Zəngəzur Koridorunun reallaşdırılmasının bu vizyonun əsas sütunu olduğunu vurğulayıb.

O, qarşıdakı dövrdə azad ticarət sazişlərinin genişləndirilməsi, investisiya təşviq mexanizmlərinin uyğunlaşdırılması və yüksək texnologiyalı istehsalda əməkdaşlığın gücləndirilməsinin prioritet olacağını qeyd edib.

Politoloq əlavə edib ki, Türkiyə və Azərbaycan arasındakı möhkəm əlaqələr Qafqazda davamlı sülhün yeganə qarantıdır və bu iki dövlət, Türk Dövlətləri Təşkilatının lokomotiv qüvvəsi olaraq, Adriatikdən Çin Səddinə qədər uzanan coğrafiyada sülh və rifahın yeni mərkəzini təşkil edir. 

"İki ölkənin iş dünyası və investisiya potensialı bu tarixi məsuliyyətlə birləşdirir və sarsılmaz qardaşlığın əbədiliyinə inamı təsdiqləyir", - deyə o, qeyd edib.

***

Aşağıda xəbərin türk dilində olan versiyası təqdim olunmuşdur:

Türkiye Cumhuriyeti ile Azerbaycan Cumhuriyeti arasındaki diplomatik ilişkilerin yeniden tesis edilmesinin 34. yılı bugün çeşitli etkinliklerle anılıyor.

Türk siyaset bilimci Hakan Aktürk Operativ Media-ya bu yıl dönümünü yalnız bir diplomatik başarı olarak değil, Türk dünyasının jeopolitik bir yükselişi olarak gördüklerini belirtti.

Aktürk, 14 Ocak 1992-de atılan tarihi imzanın “Tek Millet, İki Devlet” anlayışını Avrasyanın merkezinde sarsılmaz bir stratejik gerçekliğe dönüştürdüğünü vurguladı. İki ülkenin son 34 yılda bölgesel dengeyi yeniden kurduğunu söyleyen Aktürk, Şuşa Beyannamesi ile en üst düzeye çıkan askeri ve siyasi müttefikliğin yalnızca toprak bütünlüğünü korumakla kalmadığını, Bakü-Tiflis-Ceyhan ve TANAP projeleri ile Hazar denizinin jeo-ekonomik potansiyelinin küresel pazarlara taşındığını ifade etti. Ayrıca, 44 günlük Karabağ Zaferinin stratejik derinliğin sahada askeri doktrin olarak tescil edildiği önemli bir dönem olduğunu belirtti.

Gelecek dönemde öncelikli hedef olarak Zengezur Koridorunu gösteren Aktürk, bunun sadece bir lojistik hat olmadığını, aynı zamanda Londradan Pekine uzanan Orta Koridorun kalbi ve Türk devletlerinin birleşme iradesinin sembolü olduğunu söyledi. Serbest ticaret anlaşmalarının kapsamının genişletilmesi, yatırım teşvik mekanizmalarının senkronize edilmesi ve yüksek teknolojili üretimde tam iş birliğinin sağlanması, iki ülkenin stratejik öncelikleri arasında yer alıyor.

Aktürk, Türkiye ve Azerbaycan arasındaki güçlü bağın Kafkasyada kalıcı barışın tek garantörü olduğunu vurguladı ve iki ülkenin Türk Devletleri Teşkilatı’nın lokomotif gücü olarak Adriyatik’ten Çin Seddi’ne kadar uzanan coğrafyada huzur ve refahın merkezi olduğunu belirtti.

Əlaqəli Xəbərlər