Menyu

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

Operativ Media
İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

Yanvarın 15-də Nazirlər Kabinetində "İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi" ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov iclası açaraq, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8 sentyabr tarixli 711 nömrəli Sərəncamı ilə yaradılmış İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının təşkili ilə bağlı Təşkilat Komitəsinin qarşısında duran əsas vəzifələri qeyd etmiş, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının 16–19 iyun tarixlərində Bakı şəhərində keçirilməsinin ölkəmizin beynəlxalq nüfuzu baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

İclasda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının təşkili üzrə görülmüş işlər və cari hazırlıq vəziyyəti, ilk növbədə görülməli işlər, onların icra qrafiki və xüsusi diqqət tələb edən məsələlər, İllik Toplantıların keçiliməsinə dair Tədbirlər Planının layihəsi və gündəlikdə duran digər məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.

57 üzv ölkəsi olan İslam İnkişaf Bankı 1973-cü ildə yaradılmışdır. Bankın baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir.

Azərbaycan Respublikası 1992-ci ildən Bankın üzvüdür.

Əlaqəli Xəbərlər