Menyu

Prezident İlham Əliyevin İsveçrəyə səfəri gözlənilir

Operativ Media
Prezident İlham Əliyevin İsveçrəyə səfəri gözlənilir

Yanvarın 19-23-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 2026-cı il üzrə illik toplantısı keçiriləcək.

Operativ Media-nın xəbərinə görə, toplantıda 65 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri, aparıcı biznes və maliyyə qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.

Forumun dəvətliləri arasında ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Almaniya Kansleri Fridrix Mertz, Finlandiya Prezidenti Aleksandr Stubb, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, BMT-nin Baş katibi Antonio Quterreş, Serbiya Prezidenti Aleksandar Vuçiç, İsrail Prezidenti İsaak Hersoq, Suriya Prezidenti Əhməd Əl Şaraa, Ukrayna Prezidenti Volodimir Zelenski də var.

Forum çərçivəsində qlobal iqtisadiyyat, geosiyasi proseslər, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, süni intellekt və texnoloji inkişaf kimi əsas mövzular müzakirə olunacaq.

Qeyd edək ki, bu Dünya İqtisadi Forumunun sayca 56-cı illik toplantısıdır.

Əlaqəli Xəbərlər