Menyu

Pankreatit nədir və niyə yaranır?

Ayşən Sadıxzadə
Pankreatit nədir və niyə yaranır?

“Pankreatit mədəaltı vəzinin iltihabıdır. İki növü var: xroniki pankreatit və kəskin pankreatit”. 

Bu sözləri Operativ Media-ya açıqlamasında daxili xəstəliklər uzmanı Nəbi Absalamov deyib. 

O bildirib ki, xroniki pankreatit mədəaltı vəzinin illər ərzində zədələnərək tədricən sıradan çıxmasıdır:

"Bunun nəticəsində orqanizmdə müəyyən problemlər yaranır. Xroniki pankreatitin nəticəsində əsasən yağların həzmi pozulur, yediyimiz yağlar həzm olunmur və nəcisin yağlı olması müşahidə olunur. Xəstədə davamlı ishal olur, qarın tez-tez işləyir və buna bağlı digər şikayətlər meydana çıxır.

Kəskin pankreatit isə mədəaltı vəzinin anidən, ya alkoqoldan, ya yeməklərdən, ya öd daşından və ya başqa səbəblərdən kəskin şəkildə zədələnməsidir. Kəskin pankreatit zamanı qarında çox ciddi ağrılar olur. Bu ağrılar kəskin, dözülməz xarakter daşıyır. Çox hallarda xəstə xəstəxanaya yerləşdirilməli olur.

Çünki kəskin pankreatitin ağırlaşmaları çoxdur, digər orqanlarda da fəsadlar yarada bilir və onun müalicəsi əsasən xəstəxana şəraitində aparılır. Kəskin pankreatitin altında yatan əsas səbəb isə çox vaxt öd daşı xəstəliyidir. Öddə olan daşlar öd yoluna düşdükdə mədəaltı vəzin axaracağına təsir edir və bu da pankreatitin yaranmasına səbəb olur".

Əlaqəli Xəbərlər