Siyasi partiyalar üzvlərinin reyestrindəki dəyişikliklər barədə Ədliyyə Nazirliyinə məlumat verib
Operativ Media
"Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən siyasi partiya üzvlərinin reyestrində baş verən sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat təqdim olunmalıdır.
Operativ Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə dövlət qeydiyyatına alınan bütün siyasi partiyalar tərəfindən üzvlərinin reyestrində baş verən sonrakı dəyişikliklər barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim edilib.