Menyu

Sümük əriməsi nədir və necə müalicə olunur?

Ayşən Sadıxzadə
Sümük əriməsi nədir və necə müalicə olunur?

“Sümük əriməsi tibbi dildə osteoporoz və ya onun ilkin mərhələsi olan osteopeniya adlanır. Bu vəziyyət sümüklərin sıxlığının azalması ilə xarakterizə olunur. Nəticədə sümüklər kövrəkləşir və hətta adi hərəkət, yüngül zərbə və ya sadə yıxılma zamanı belə sınıqlar baş verə bilər”.

Bu sözləri Operativ Media-ya açıqlamasında endokrinoloq Turan Bağırova deyib. 

O bildirib ki, osteoporozun təhlükəli tərəfi odur ki, xəstəlik uzun müddət əlamətsiz inkişaf edə bilər və ilk simptom bəzən məhz sınıqla üzə çıxır:

“Müalicəyə başlamazdan əvvəl ilk növbədə orqanizmdə kalsium, D vitamini və digər vacib maddələrin səviyyəsi yoxlanılmalıdır. Əgər defisit aşkarlanarsa, bu çatışmazlıqlar aradan qaldırılmalıdır. Ağır osteoporoz hallarında isə sümük əriməsini yavaşladan və ya sümük toxumasını bərpa edən xüsusi preparatlardan istifadə olunur.

Lakin vacib məqam ondan ibarətdir ki, müalicəyə başlamazdan öncə diaqnoz mütləq dəqiqləşdirilməlidir. Osteoporoz diaqnozu densitometriya adlı müayinə üsulu ilə qoyulur. Densitometriya sümüklərin sıxlığını ölçən əsas diaqnostik metoddur.

Diaqnoz təsdiqləndikdən sonra müalicə yalnız həkim nəzarəti altında aparılmalıdır. Çünki istifadə olunan preparatlar güclü təsirə malikdir və müalicə adətən uzunmüddətli olur. Bu səbəbdən özbaşına dərman qəbulu tövsiyə edilmir”.

Əlaqəli Xəbərlər