Menyu

Ceyhun Bayramov və Marko Rubio ikitərəfli münasibətlər və regional sülh prosesləri barədə fikir mübadiləsi aparıblar

Operativ Media
Ceyhun Bayramov və Marko Rubio ikitərəfli münasibətlər və regional sülh prosesləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 19-da ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Operativ Media  xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.

Qeyd olunub ki, 8 avqust Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. Bu istiqamətdə müəyyən ediləcək prioritetlərin iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.

C.Bayramov, öz növbəsində, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə perspektivlər barədə ölkəsinin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.

Nazirlər, bununla yanaşı, digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər