İsrail səfirliyi 20 Yanvarla bağlı paylaşım edib
Operativ Media
İsrailin Azərbaycandakı səfirliyi sosial mediada 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib.
Operativ Media xəbər verir ki, paylaşımda tarixi hadisə Azərbaycanın həm faciə, həm də cəsarət günü kimi xarakterizə edilib.
“20 Yanvar 1990-cı il Azərbaycanın tarixində həm faciə, həm də cəsarət günü kimi əbədi həkk olunub - qan və dirənişlə yoğrulmuş bir oyanış. Tankların kölgəsi altında xalqın iradəsi sınmadı, azadlıq andına çevrildi. Zaman keçir, amma dərs qalır, zülm müvəqqətidir, xalqın ruhu isə əbədidir. Biz gələcək naminə canlarını fəda edənləri anır, onların fədakarlığından güc alaraq gələcək nəsillər üçün sülh və harmoniya qururuq”, - səfirlik bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net