Menyu

Mikayıl Cabbarov “SOCAR Karbamid”zavodunun mükafat mərasimində iştirak edib

Operativ Media
Mikayıl Cabbarov  “SOCAR Karbamid”zavodunun mükafat mərasimində iştirak edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində həmkarlarla birlikdə “SOCAR Karbamid” zavoduna Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatının təqdim edilməsi mərasimində iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"“SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən ilk zavod SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir.

Bu nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyətin, sənaye 4.0 texnologiyalarının iş prosesinə yüksək effektivliklə tətbiqinin nəticəsidir.

“SOCAR Karbamid”in bütün əməkdaşlarına təbriklərimizi çatdırır, töhfələri üçün təşəkkür edir və uğurlarının davamlı olmasını arzulayırıq". - paylaşımda qeyd edilib.

Əlaqəli Xəbərlər