Menyu

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Operativ Media
Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Azərbaycan xalqının tarixi yaddaşına istiqlaliyyətə gedən yol, milli qürur və mübarizə günü kimi əbədi həkk olunan 20 Yanvar hadisələrindən 36 il ötür. Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, ziyarətdə müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

Yanvarın 20-si qəhrəman Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Bu tarix milli oyanış prosesini sürətləndirib, Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar. 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub.

1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Böyük Qələbə xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb.

Əlaqəli Xəbərlər