Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub - YENİLƏNİB

20 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
XİN-dən Operativ Media-ya verilən məlumata görə, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.
***
13:30
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Operativ Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazirlər ikitərəfli gündəlik və regional məsələləri müzakirə ediblər.