Menyu

Deputat: Azad edilmiş ərazilərin reinteqrasiyasında müdafiə və beynəlxalq əməkdaşlıq prioritetdir

Operativ Media
Deputat: Azad edilmiş ərazilərin reinteqrasiyasında müdafiə və beynəlxalq əməkdaşlıq prioritetdir

"İşğaldan azad edilmiş ərazilərin iqtisadi və sosial sahələrlə yanaşı, müdafiə istiqamətində də reinteqrasiyası mərhələli şəkildə həyata keçirilir".

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında bildirib.

O, qeyd edib ki, bu kontekstdə Prezident İlham Əliyevin Ağdərədə təməlini qoyduğu Xüsusi Əməliyyatlar Mərkəzini və burada planlaşdırılan fəaliyyətləri xüsusilə vurğulamaq lazımdır:

"Sözügedən mərkəz, beynəlxalq hərbi əməkdaşlıq sazişlərindən irəli gələn öhdəliklərin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.

Biz, Komitə və Milli Məclis olaraq, beynəlxalq hərbi əməkdaşlığın həyata keçirilməsi üçün zəruri hüquqi əsasların yaradılmasını təmin edirik. Bu töhfəni sənədlərin müzakirəsi və yekunda ratifikasiyası yolu ilə veririk və il ərzində bu istiqamətdə fəaliyyətimizi ardıcıl şəkildə davam etdirəcəyik.

Eyni zamanda, mina təhlükəsizliyi məsələləri ilə bağlı digər komitələrlə birgə il ərzində parlament dinləmələrinin təşkil olunmasını da təklif etmişəm".


Əlaqəli Xəbərlər