Menyu

Millət vəkili: “Prezident Davosda Azərbaycanın prinsipial mövqeyini ortaya qoydu”

Operativ Media
Millət vəkili: “Prezident Davosda Azərbaycanın prinsipial mövqeyini ortaya qoydu”

“Cənab Prezidentin Davos İqtisadi Forumunda iştirakı bir tərəfdən Azərbaycanın beynəlxalq birlikdə mövcud problemlərə münasibətini ortaya qoyur, digər tərəfdən isə ölkəmizin digər dövlətlərlə və iri şirkətlərlə münasibətlərində yeni fəlsəfələrin formalaşmasına töhfə verir. Eyni zamanda, cənab Prezidentin müxtəlif informasiya vasitələrinə verdiyi müsahibələrdə bir çox məsələlər üzrə Azərbaycanın mövqeyi aydın şəkildə ifadə olunur. Bu dəfə də biz bunun şahidi olduq”.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, Prezident İlham Əliyev verdiyi müsahibədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərinə, eləcə də Ermənistanla münasibətlərə konstruktiv yanaşma nümayiş etdirib:

“Biz qalib ölkə olmağımıza baxmayaraq, keçmiş işğalçı ölkəyə normal qonşuluq münasibətləri çərçivəsində şərtlər təklif etmişik və bu şərtlər sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmalıdır.

Dünya ictimaiyyəti üçün maraqlı olan məqamlardan biri də Azərbaycanın hələ sülh müqaviləsi imzalanmadan Ermənistanla ticarət əlaqələri qurmasıdır və bu əlaqələr günbəgün genişlənir.

Eyni zamanda, cənab Prezident qlobal məsələlərlə bağlı da öz mövqeyini ifadə etdi. Ən vacib məsələlərdən biri isə bu gün dünyada beynəlxalq münasibətlər sisteminin yenidən qurulması prosesinin getməsidir. Köhnə sistem artıq işləmir, güclü olanın haqlı hesab edildiyi bir mərhələ yaşanır və dünya yenidən formalaşmalıdır. Lakin bu yenidənqurma cənab Prezidentin cavablarından da göründüyü kimi, böyük faciələrə səbəb olmamalıdır”.

Əlaqəli Xəbərlər