Menyu

Sülh, enerji və diplomatiya: Prezident İlham Əliyevin Davos mesajları - ŞƏRH

Operativ Media 311 baxış
Sülh, enerji və diplomatiya: Prezident İlham Əliyevin Davos mesajları - ŞƏRH

"Davosda Prezident İlham Əliyevin “Euronews”a verdiyi müsahibə Azərbaycanın regional və qlobal siyasətdə mövqeyini açıq və məntiqli şəkildə nümayiş etdirir".

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. 

Onun sözlərinə görə, müsahibə bir daha göstərir ki, Azərbaycan dəyişən dünya düzənində milli maraqlarını qorumaqla, beynəlxalq hüquqa hörmətlə müstəqil siyasət yürüdür və regional lider rolunu gücləndirir:

"Xüsusilə sülh prosesinə dair konkret addımlar, Ermənistanla əməkdaşlıq, yük daşımaları və enerji tədarükü Azərbaycanın yalnız deklarativ deyil, praktik və uzunmüddətli sülh strategiyasına sadiq olduğunu göstərir. Bu, regionda davamlı stabillik və qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm mesajdır.

Enerji sahəsində Azərbaycanın rolu həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini təsdiqləyir. Ölkənin qaz ixracı, infrastrukturu və Avropa ilə əlaqələri enerji təhlükəsizliyində strateji əhəmiyyət daşıyır.

Beynəlxalq münasibətlərdə Azərbaycan konstruktiv dialoqa açıq, qərəzli və ədalətsiz tənqidlərə isə reaksiya vermir, bu da praqmatik və müstəqil siyasətin göstəricisidir.

Ümumiyyətlə, müsahibədə Azərbaycanın sabitlik, sülh və inkişaf strategiyası, enerji və diplomatiya sahəsindəki gücü, həmçinin beynəlxalq nüfuzu bir daha vurğulanıb. Prezident İlham Əliyevin açıqlamaları ölkənin regional liderlik və qlobal əməkdaşlıq potensialını bir daha təsdiqləyir".

Əlaqəli Xəbərlər