Menyu

Ermənistan və Azərbaycanın enerji sistemləri TRIPP çərçivəsində birləşdiriləcək

Operativ Media
Ermənistan və Azərbaycanın enerji sistemləri TRIPP çərçivəsində birləşdiriləcək

Ermənistan və Azərbaycanın enerji sistemləri "Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində birləşdiriləcək və bərabər şərtlərlə ixrac-idxal əməliyyatları üçün mümkün şəraitdən qarşılıqlı fayda əldə edəcək.

Operativ Media xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

O, Ermənistanın artıq qarşılıqlı faydanın bir hissəsini əldə etdiyini, benzinin 20 % ucuzlaşdığını söyləyib.

"Ermənistana buğda idxal edirlər, bu qarşılıqlı fayda deyilmi? Hazırda Azərbaycanda bunu izləyirlər, amma Ermənistan parlamentində kimsə qarşılıqlı faydanın bir hissəsinin artıq əldə edildiyini görəcəkmi", - o qeyd edib.

Əlaqəli Xəbərlər