Tramp Ermənistan və Azərbaycan arasında baş vermiş münaqişənin həllinə dair Putinlə telefon danışığını şərh edib
Operativ Media
ABŞ prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə dair Vladimir Putinlə telefon danışığını şərh edib.
Operativ Media xəbər verir ki, o bu barədə Davos İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Tramp bildirib ki, Rusiya prezidenti ona zəng edərək 35 il davam edən münaqişənin həllini bir gündə həyata keçirməsinə təəccübləndiyini ifadə edib.
“Putin müharibəni həll etməyə çalışdı, bacarmadı. Mən isə bir gündə həll etdim. Ona dedim: Öz münaqişənizə fokuslanın, bununla narahat olmayın,” – Tramp qeyd edib.