Menyu

Paşinyan: Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür

Operativ Media
Paşinyan: Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür

Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə “hökumət saatı”nda deyib.

O qeyd edib ki, 21 yanvar 2026-cı ildə Ermənistan–Azərbaycan sərhədində “ideal sülh” hökm sürür.

Paşinyan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin illik hesabatına istinad edərək bildirib ki, Ermənistan və Azərbaycan arasında hərbi eskalasiya riski demək olar ki, mümkün deyil.

“Deməli, qeyd edə bilərik ki, Ermənistan və Azərbaycan arasında sülh təmin olunub”, – o deyib.

Baş nazir qeyd edib ki, Ermənistan sülhün daha da institutlaşdırılması və möhkəmləndirilməsi istiqamətində diplomatik fəaliyyətini davam etdirir.

Əlaqəli Xəbərlər