Menyu

Vüqar Qurbanov: Robotik cərrahiyyə hər bir xəstə üçün əlçatan xidmətdir

Operativ Media
Vüqar Qurbanov: Robotik cərrahiyyə hər bir xəstə üçün əlçatan xidmətdir

Robotik cərrahiyyə hər bir xəstə üçün əlçatan xidmətdir. Bu, xəstənin seçimindən asılıdır.

Operativ Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk robotik cərrahiyyə əməliyyatının icrasına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, bir sıra xidmətlər icbari tibbi sığorta ilə bağlı Xidmətlər Zərfinə daxil edilib. “Digər xidmətlərin də icbari tibbi sığortanın təminatına alınması ilə bağlı təkliflərimizi təqdim edəcəyik", - deyə o diqqətə çatdırıb.

Əlaqəli Xəbərlər