Menyu

ABŞ-nin müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq

Operativ Media
ABŞ-nin müvəqqəti işlər vəkili: Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan son addımları alqışlayırıq

Biz Azərbaycan və Ermənistan hökumətləri tərəfindən ticarət əlaqələrinin bərpası istiqamətində atılan bu son addımları alqışlayır və məmnuniyyətlə qarşılayırıq.

Operativ Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində ABŞ-nin Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlon deyib.

“Bunlar 2025-ci il avqustun 8-də Prezident Trampın iştirakı ilə paraflanan sülhə dair Saziş layihəsinə hər iki tərəfin həqiqətən sadiq olduğunu göstərən mühüm etimad quruculuğu səyləridir. Ticarət və nəqliyyat marşrutlarının bərpası isə sözsüz ki, bütün regionun və hər iki ölkənin iqtisadiyyatlarına çox böyük müsbət təsir göstərəcək.

Beləliklə, bir daha vurğulayırıq ki, indiyədək göstərilən bu səyləri ürəkdən alqışlayır və məmnuniyyətlə dəstəkləyirik”, - deyə müvəqqəti işlər vəkili əlavə edib.

Əlaqəli Xəbərlər