Menyu

Ukrayna, ABŞ və Rusiya BƏƏ-də danışıqlar aparacaq - YENİLƏNİB

Operativ Media
Ukrayna, ABŞ və Rusiya BƏƏ-də danışıqlar aparacaq - YENİLƏNİB

Ukrayna ABŞ və Rusiya ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə tam tərkibdə danışıqlar komandasını göndərəcək.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Davosda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin tərkibinə Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun birinci müavini Sergey Kislitsa, Ali Radada "Xalqın xidmətçisi" fraksiyasının lideri David Araxamiya və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi Andrey Qnatov daxil olacaq.

Zelenski qeyd edib ki, bu, texniki səviyyədə üçtərəfli görüş olacaq.

19:19

Yanvarın 23-də BƏƏ-də Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Görüş iki gün davam edəcək.

"Düşünürəm ki, bu, BƏƏ-də ilk üçtərəfli görüş olacaq, sabah və birisi gün keçiriləcək", - Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, bu, tarixdə texniki səviyyədə ilk üçtərəfli görüş olacaq.

Zelenski qeyd edib ki, yanvarın 22-də ABŞ nümayəndə heyəti Moskvaya yola düşəcək.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər