Mikayıl Cabbarov İsveçrədə "Coca-Cola" şirkətinin rəsmisi ilə görüşüb
Operativ Media
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (World Economic Forum 2026 – WEF 2026) çərçivəsində "Coca-Cola" şirkətinin qlobal siyasət və dayanıqlılıq üzrə baş vitse-prezidenti Maykl Qoltsman ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazir M.Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.
"Şirkətin Azərbaycanda həyata keçirdiyi layihələr, investisiya planları, davamlı inkişaf, səmərəli infrastrukturun formalaşması istiqamətində təşəbbüslər və rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması üzrə perspektivləri müzakirə etdik", - paylaşımda qeyd olunub.