Menyu

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azərbaycana səfərə gəlib

Operativ Media
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azərbaycana səfərə gəlib

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 22-də Azərbaycana rəsmi səfərə gəlib.

Operativ Media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İspaniya Parlamentinin nümayəndə heyətini Milli Məclisin İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, İspaniyanın Türkiyə və Azərbaycandakı səfiri Kristina Latore, Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro Torrubia və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Fransina Armenqol Sosiasın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər