Menyu

Qazaxıstan Sülh Şurasına üzvlük haqqı ödəməyib

Operativ Media
Qazaxıstan Sülh Şurasına üzvlük haqqı ödəməyib

Qazaxıstan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Qəzza üzrə Sülh Şurasına maliyyə haqqı ödəmədən qoşulub.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

"Qazaxıstan Sülh Şurasına hər hansı maliyyə haqqı ödəmədən qoşulub, bu da nizamnamənin müddəalarına tam uyğundur", - məlumatda bildirilib.

Qeyd olunub ki, nizamnamədə qeyd edilən 1 milyard dollar məbləğində könüllü üzvlük haqqı şərt deyil.

"Bu hər bir iştirakçının hüququdur. Bu cür ödəniş ilk il ərzində həyata keçirildikdə həmin dövlət müəyyən edilmiş üç illik müddətdən artıq şurada qalma imkanı əldə edir", - məlumatda vurğulanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər