Azərbaycan və "Growth Lab" Mərkəzi ilə əməkdaşlıq perspektivləri müzakirə olunub
Operativ Media
Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Azərbaycanda iqtisadi inkişaf prioritetlərinin reallaşdırılması istiqamətində həyata keçirilən islahatlar, "Growth Lab" Mərkəzi ilə əməkdaşlıq, birgə fəaliyyət çərçivəsində reallaşdırılan "Yaşıl artım portalı" layihəsinin perspektivləri barədə fikirlərimizi bölüşdük".- paylaşımda qeyd edilib.